Vakum Cihazı

Vakum Cihazı

Pektus Ekskavatum (Sinə Batıqlığı) Üçün Vakuum Bell Cihazı
Vakuum Cihazı (Vakuum Bell) döş qəfəsinin çöküklüyü ilə müşayiət olunan Pectus Excavatum (sinə batıqlığı / kunduracı döş qəfəsi) deformasiyası zamanı tətbiq edilən vakuum əsaslı ortopedik bərpa sistemidir. Cihazın əsas iş prinsipi xüsusi başlıq daxilində mənfi təzyiq yaratmaq və bu təsir vasitəsilə döş qəfəsinin çökük nahiyəsinə yuxarı istiqamətdə kontrollu dartıcı qüvvə tətbiq etməkdir.

Sistem əl ilə idarə olunan vakuum pompası vasitəsilə işləyir. Vakuum səviyyəsi istifadə zamanı tədricən yaradılır və tətbiq olunan mənfi təzyiq şəxsin fərdi anatomik xüsusiyyətlərinə uyğun şəkildə nəzarətdə saxlanılır.

İstifadə Sahəsi və Əməliyyatsız Müalicə İmkana
Sinə batıqlığı üçün vakuum sistemi əsasən Pectus Excavatum zamanı əməliyyatsız sinə batıqlığı müalicəsi (konservativ terapya) çərçivəsində istifadə olunur. Xüsusilə döş qəfəsinin inkişafı və kıkırdak strukturu davam edən uşaqlar, yeniyetmələr və gənclərdə bu üsul mütəxəssis nəzarəti altında effektiv tətbiq edilə bilər.

Uyğunluq yalnız yaş göstəricisinə əsasən müəyyən edilmir. Döş qəfəsinin elastikliyi, sinə çökəkliyinin ölçüsü və dərinliyi, ümumi anatomik quruluş və fərdi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır.

Məhsulun Əsas Xüsusiyyətləri
Mənfi təzyiq yaradan dəqiq əl pompası: Təhlükəsiz və nəzarət oluna bilən vakuum tətbiqi.

Elastik bağlantı sistemi: İstifadə zamanı hərəkət rahatlığı və sızdırmazlıq.

Erqonomik vakuum başlığı: Döş qəfəsinin formasına tam uyğunlaşdırılan tibbi silikon/plastik konstruksiya.

Ev şəraitində istifadəyə uyğun: Praktik, yüngül və daşınması rahat quruluş.

Asan baxım: Gigiyenik təmizlənməsi və gündəlik istifadəsi rahat strukturu.

Geniş ölçü seçimi: Müxtəlif yaş və deformasiya dərəcələrinə uyğun fərqli vakuum başlıqları.

Ölçü Variantları (Çökəklik Sahəsinə Uyğun)
Sinə batıqlığı aparatı (Vakuum Bell) üçün istifadə olunan başlıqlar fərdi ölçülərə uyğun olaraq aşağıdakı diametrlərdə təqdim olunur:

90 mm (9 sm)

110 mm (11 sm)

130 mm (13 sm)

140 mm (14 sm)

190 mm (19 sm)

210 mm (21 sm)

Ölçü seçimi döş qəfəsindəki çökük sahənin genişliyinə və cihazın tətbiq ediləcəyi nahiyəyə uyğun müəyyənləşdirilir. Başlığın ölçüsü deformasiya olan çökük sahəni kifayət qədər əhatə etməlidir.

Vakuum Cihazı Necə İstifadə Olunur?
Cihazın uyğun ölçülü başlığı döş qəfəsinin çökük hissəsinə (sinə batıqlığı olan alana) yerləşdirilir.

Pompa vasitəsilə başlığın daxilində nəzarətli mənfi təzyiq yaradılır.

Yaradılan təzyiq sayəsində döş sümüyünə yuxarı istiqamətdə mexaniki dartıcı təsir göstərilir.

İstifadə müddəti və vakuum dərəcəsi mütəxəssis tövsiyəsi ilə müəyyən edilir. Xüsusilə uşaqlarda və yeniyetmələrdə vakum terapiyasına başlamazdan əvvəl həkim və ya ortoped qiymətləndirməsi vacibdir.

Vacib Qeyd
Vakuum cihazı fərdi tibbi qiymətləndirməni əvəz etmir. Məhsulun dəqiq ölçüsünün və gündəlik istifadə rejiminin müəyyənləşdirilməsi üçün Ortofix mütəxəssisləri və ya müvafiq həkim konsultasiyası tövsiyə olunur.

Qeyd: Müalicə nəticələri şəxsin yaşından, döş qəfəsinin elastikliyindən, deformasiyanın dərəcəsindən və istifadə rejimindən asılı olaraq dəyişə bilər.

Sifariş et / Məlumat al Ortofix Keyfiyyəti

Oxşar Məhsullar